bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

Holandın yarışına PSJ-də qoşuldu

20.05.2020 12:47 Oxundu 505

"Borussia" Dortmundun qolçu futbolçusu Erlinq Holand Avropa klublarının gündəmindən düşmür.

Cempion.az "Marca" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" və "Mançester Yunayted"in istədiyi norveçli qolçunu PSJ klubu da transfer siyahısına alıb. Fransa təmsilçisi Neymar və Mbappenin olduğu heyəti Holand ilə daha da gücləndirmək niyətindədir.

Xəbərdə bildirilir ki, "Borussia" Dortmund ilə 2022-ci ilə qədər müqaviləsi olan Holand üçün yaz aylarında güclü transfer savaşının olacağı bildirilir.