20.05.2020 14:00
489
489

Gələcək mövsüm üçün güclü heyət qurmaq istəyən ''Beşiktaş" klubu transfer çalışmalarına start verib.
Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə təmsilçisi keçən mövsüm Niderlandın ''Vitesse'' komandasında forma geyinən 29 yaşlı təcrübəli oyunçu Bryan Linsen ilə ilkin razılığa gəlib.
Qeyd edək ki, ''Vitesse'' formasıyla 24 qarşılaşmaya çıxan Linsen 14 qol, 7 asistlə yadda qalıb. Futbolçunun transfer qiymətinin dəyəri 2,4 milyon avrodur.