bazar ertəsi, 30 mart 2026

DÜNYA FUTBOLU

"Çelsi"nin gözü "Barselona"nın gənc futbolçusunda

20.05.2020 14:30 Oxundu 510

İngiltərənin "Çelsi" klubu heyətini gücləndirmək üçün "Barselona"nın gənc oyunçusuna elçi düşüb.

Cempion.az "Voetbal International"a istinadən xəbər verir ki, ingilis klubu "Barselona"dan ayrılmağa hazırlaşan Xavier  Mbuyambanı transfer etmək istəyir.

Xəbərdə bildirilir ki, "zadəganlar" 18 yaşlı niderlandlı müdafiəçi üçün qarşı tərəfə təklif göndəriblər.

Qeyd edək ki, Mbuyamba ilə "Yuventus" və "İnter" klublarıda yaxından maraqlanır.