çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Ronaldu Portuqaliyada böyük sahə alıb - FOTO

20.05.2020 17:17 Oxundu 442


Portuqaliya millisinin və İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu Lissabonda sahə alıb. 

Cempion.az "Vidas.pt" saytına istinadən xəbər verir ki, 35 yaşlı ulduz futbolçu Riveyradakı əraziyə 8 milyon avro ödəyib. Təxminən 10 min kvadratmetr sahədə malikanənin inşası üçün işlərə başlanılıb. Ronalduya yaxın mənbə deyib ki, bura onun karyerasını bitirdikdən sonra qalacağı yer deyil, sadəcə, sərmayədir. 

Riveyra Portuqaliyada varlıların yaşadığı ərazidir

Qeyd edək ki, Kriştianu Ronaldu ötən il Lissabondakı ən bahalı mənzili 7.5 milyon avroya alıb.