cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Barselona” Çağlar üçün rekord məbləğ ödəyəcək

20.05.2020 18:16 Oxundu 458


Türkiyəli ulduz futbolçu Çağlar Söyüncü növbəti mövsüm "Barselona”nın forması geyinəcək.

Cempion.az "Don Balon” nəşrinə istinadən xəbər verir ki, o, Jerar Pikenin mövqeyində oynayacaq.

"Barsa”nın bu transfer üçün 55 milyon avro ödəyə biləcəyi qeyd olunur.

"AS" nəşrinə danışan futbolçunun meneceri Mustafa Doğru da iddiaları təsdiqləyib. O, "Barselona”nın Çağlar Söyüncü ilə hələ "Altınordu”da oynadığı dövrdən maraqlandığını vurğulayıb. İngiltərədə yalnız "Liverpul”un türkiyəli ulduzu ala biləcək maddi səviyyədə olduğunu bildirən menecerPSJ-nin də bu mövzuda sürpriz edə biləcəyini qeyd edib.

Sözügedən transfer baş tutacağı halda hazırda "Lester”də çıxış edən Çağlar Söyüncü dünyanın ən bahalı türkiyəli futbolçusu kimi tarixə düşəcək.