cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Acun İlicalı Avropa klubu alır

20.05.2020 18:49 Oxundu 448


Məşhur türkiyəli aparıcı və iş adamı Acun İlicalının futbol klubu almağa hazırlaşması ilə bağlı xəbərlər yayılmışdı.

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı açıqlama verən məşhur aparıcı "Hədəfim türk və dünya futboluna yeni ulduzlar qazandırmaqdır" ifadələrini işlətmişdi.

Həmin klubun isə Niderlandın "Fortuna Sittard" komandası olduğu bildirilirdi. Bu gün sözügedən klubun idarə heyətinin rəhbəri olan türkiyəli iş adamı İşıtan Gün şəxsi "Tvitter" hesabından paylaşım edərək, bu məlumatların həqiqətə uyğun olduğunu bildirib.

O bildirib ki, Acunla aralarında belə bir söhbət olub və bu istək məmnuniyyətlə qarşılanıb.

 

View image on Twitter

 

© xezerxeber.az