çərşənbə axşamı, 02 iyun 2020

BİZİM FUTBOL

“Qəbələ”də ayrılıq - RƏSMİ

21.05.2020 11:20 Oxundu 204


“Sabah” klubu heyətinə yeni futbolçu cəlb edib. 

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amin Seydiyevin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub. 

“Qəbələ” və “Sabah” arasında razılaşma 2019/2020 mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan futbolçu karyerasını Bakı təmsilçisində davam etdirəcək.

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Amin Seydiyev əsas komandada 2017/2018 mövsümündə debüt edib. O, 39 oyunda 1 qol vurub.