cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"Qalatasaray"da Alan Mozo iddiası

21.05.2020 12:13 Oxundu 486

"Qalatasaray"da müqaviləsinin bitməsiylə klubdan ayrılacağı gözlənilən Marianonun mövqeyi üçün transfer çalışmaları davam edir.

Cempion.az Meksikanın "Tribuna" nəşrinə istinadən xəbər verir ki, Türkiyə təmsilçisi "Pumas"da forma geyinən sağ cinah oyunçusu Alan Mozo üçün təklif göndərib.

Xəbərdə bildirilir ki, Meksika klubunun aşağı yaş qrupunda yetişən 23 yaşlı futbolçu "Qalatsaray"da çıxış etməyə razılıq verib.