cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Dortmund "Borussiya"da yeni müqavilə

21.05.2020 12:39 Oxundu 422

Polşalı müdafiəçi Lukaş Pitzek Dortmund "Borussiya" klubu ilə müqaviləsini uzadıb.

Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, təcrübəli futbolçu komanda ilə olan müqaviləsini 30 iyun 2021-ci ilə qədər uzadıb.

Klubdan verilən açıqlamada bildirilir ki, Lukaş Pitzek sözləşməsinin sonunda futbol karyerasını başa vuracaq.

Qeyd edək ki, 2010-cu ildə "Herta"dan  "Borussiya"ya transfer edilən müdafiəçi, Dortmund təmsilçisi ilə çıxdığı 355 qarşılaşmada 18 qol vurub. 

Pitzek "sarılar"ın heyətində iki Almaniya çempionluğu, eyni sayda da Almaniya kubokunun sahibi olub.