çərşənbə, 02 iyul 2025

DÜNYA FUTBOLU

"Milan"ın futbolçusu "Mançester Siti"nin hədəfində

21.05.2020 13:35 Oxundu 456


"Mançester Siti" ispaniyalı yarımmüdafiəçi David Silvaya əvəzetmə tapıb.

Cempion.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, İngiltərənin hazırkı çempionları "Milan"ın yarımmüdafiəçisi İsmayıl Bennaseri əldə etmək istəyirlər.

"Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola artıq uzun müddətdir 22 yaşlı əlcəzairlinin inkişafını izləyir və tezliklə ona klubda yer təklif edə bilər.

Qeyd edək ki, Bennaser A Seriyasının cari mövsümündə 20 oyun keçirib, lakin məhsuldar hərəkətlərlə yadda qalmayıb.