cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

İspaniya və İngiltərə klublarından maraqlı addım

21.05.2020 14:03 Oxundu 400


"Atletiko" və "Arsenal" oyunçu mübadiləsi apara bilər.

Cempion.az "As" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçiləri arasında maraqlı saziş imzalana bilər. İngiltərədən İspaniyaya fransız hücumçusu Aleksandr Lyakazett yola düşə bilər, əks istiqamətə isə Toma Lemar.

Qeyd edilir ki, belə niyyət hələ yanvarda mümkün olub, ancaq tərəflər o zaman vahid məxrəcə gələ bilməyiblər.

Qeyd edək ki, Lyakazett cari mövsümdə iyirmi matç keçirib və yeddi dəfə fərqlənib.