şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Udineze"li futbolçu "Qalatasaray"ın hədəfində

21.05.2020 15:00 Oxundu 415

Gələcək mövsüm üçün heyətini gücləndirmək istəyən "Qalatasaray" klubu transfer çalışmalarına start verib.

Cempion.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, "sarı-qırmızılılar" keçən mövsüm heyətinə cəlb etmək istədiyləri "Udineze"li futbolçu Seko Fofanaya yenidən təklif göndərmək istəyirlər.

İtaliyanların xəbərinə görə, 2022-ci ildə müqaviləsi bitəcək olan yarımmüdafiəçi, bu yaz "Qalatasaray" klubuna transfer ola bilər.