cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Balotelli "Breşiya"dan ayrılacaq

21.05.2020 15:35 Oxundu 435


Mario Balotelli mövsümün sonunda "Breşiya"dan ayrılacaq.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə Türkiyənin "Qalatasaray" və Braziliyanın "Vasko da Qama" klubu maraqlanır.

Məlumata görə, hər iki klub oyunçunun agenti Mino Rayola ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Balotelli 2019-cu ilin yayında azad agent statusu ilə "Breşiya"ya keçib və 3 illik müqavilə imzalayıb. Qana əsilli italiyalı hücumçu A Seriyada 19 oyunda 5 qol vurub.