cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

Super Liqa gələn ay bərpa ola bilər

21.05.2020 16:30 Oxundu 410


Koronavirusa görə dayandırılan Türkiyə Super Liqasının iyunun 12-də bərpa olunacağı gözlənilir.

Cempion.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir Super Liqanın taleyiylə bağlı son qərarın mayın 28-də keçiriləcək iclasda veriləcəyini deyib.

Bu barədə Özdəmir, TFF ilə Super Liqa klublarının nümayəndələrinin birgə iştirakıyla keçirilən iclasdan sonra açıqlama verib. O, Super Liqanın iyunun 12-də başlamasıyla bağlı 18 klubun da tam dəstəyini aldıqlarını deyib.

Qeyd edək ki, Türkiyə Super Liqası koronavirusa görə martdan dayandırılıb.