22.05.2020 09:42
527
527

"Bavariya" almaniyalı əlcək sahibi ilə müqaviləini uzadıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, Noyerin yeni sözləşməsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
34 yaşlı qapıçının əvvəlki müqaviləsi 2021-ci ildə bitirdi. Tərəflər uzun müddət idi ki, razılığa gələ bilmirdilər. Almaniya nəhənginin 12 milyon avro maaş və 2 illik müqavilə təklif etdiyi, Noyerin isə 20 milyon avrodan artıq məvacib və 3-4 illik sözləşmə istədiyinə dair xəbərlər yayılmışdı.
Qeyd edək ki, alman qolkiper 2011-ci ildə "Şalke"dən transfer edilib. Noyer Münhen klubunun heyətində 7 dəfə Bundesliqanın, 5 dəfə Almaniya Kubokunun, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.