bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

Jorjinyonun menecerindən "Yuventus" açıqlaması

22.05.2020 10:42 Oxundu 498


"Çelsi"nin futbolçusu Jorjinyonun agenti Joao Santos müştərisinin "Yuventus"a keçəcəyi ilə bağlı iddia edilən xəbərlərə münasibət bildirib.

Cempion.az xəbər verir ki, O, Turin təmsilçisinin nümayəndələri ilə əlaqə saxlamadığını deyib:

"Yuventus" Avropanın ən yaxşı klublarından biridir və hər futbolçu bu komandada oynamaq istəyər. Ancaq Turin klubunun idman direktoru Fabio Paratiçi ilə danışmamışam. Jorjinyonun "Çelsi" ilə 3 illik müqaviləsi var. Londonda işlər yaxşı gedir. Mən də bu barədə qəzetlərdə görmüşəm".

Qeyd edək ki, İtaliya millisinin üzvü olan 28 yaşlı yarımmüdafiəçibu mövsüm 37 oyunda 7 qol vurub, 2 assist edib.