bazar ertəsi, 22 dekabr 2025

BİZİM FUTBOL

Yığmamızın üzvü Siqalla görüşündən danışdı - FOTO

22.05.2020 11:06 Oxundu 509


Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarov, Stiven Siqalla görüşündən danışıb.

Cempion.az xəbər verir ki, "Tag24" nəşrinə açıqlama verən Nazarov bunları deyib:

“Azərbaycan millisi ilə Norveçə qarşı oyun keçirirdik (1:0). Həmin vaxt Siqal döyüş sənətləri məktəbi açmaq üçün Bakıda idi. İki gün komandamızın otelində qaldı və oyunu izlədi. Onunla görüşmək fürsətimiz oldu. Bu, mənim üçün bir təcrübə oldu, çünki filmlərini izləməyi sevirəm. O şəkil həmin vaxtdan mənim “whatsapp” profil şəklim oldu”.

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir. Həmin il Azərbaycan yığması Norveçi DÇ-2018-in seçmə oyununda 1:0 hesabı ilə məğlub edib.