bazar ertəsi, 30 mart 2026

DÜNYA FUTBOLU

“Milan”dan paytaxt klubuna

22.05.2020 11:36 Oxundu 569


“Milan”ın futbolçusu Cakomo Bonaventura karyerasını “Roma”da davam etdirəcək.

Cempion.az “Corriere dello Sport” nəşrinə istinadən xəbər verir ki, İtaliya təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədər olan Bonaventura, artıq “canavarlar”la ilkin razılığa gəlib.

30 yaşlı yarımmüdafiəçi yeni mövsümdən paytaxt klubunun uğurları üçün çalışacaq. Bonaventura, “Roma”da illik iki milyon avroya yaxın qazanacaq.

Qeyd edək ki, 2014-cü ildən “Milan”da çıxış edən Bonaventura, bu mövsüm A Seriyasında 17 oyunda iştirak edib.