22.05.2020 12:30
458

Koronavirus səbəbiylə dayandıran İspaniya La Liqasının bərpa və bitmə vaxtı məlum olub.
Cempion.az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, çempionat gözlənildiyi kimi, iyunun 12-də start götürəcək. La Liqa 28-ci turun “Sevilya” – “Betis” oyunu ilə başlayacaq. Oyunlar 72 saatdan bir keçiriləcək. Çempionatın bitmə vaxtı isə 19 iyul olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, mövsümün qalan hissəsinin yeni təqvimi mayın 28-də klublara təqdim ediləcək.