bazar, 22 iyun 2025

DİGƏR NÖVLƏR

Dünya kuboku ləğv olunub

22.05.2020 14:00 Oxundu 446


Gimnastika üzrə Dünya Kuboku ləğv olunub.

Cempion.az Beynəlxalq Gimnastina Federasiyasının (FIG) rəsmi saytına istinadən xəbər verir ki, bir neçə dəfə təxirə salınmış turnir yekunda ləğv edilib. 

Təqvimdə hələ ki, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək dünya çempionatı var. Yarış təxirə salınıb, amma ləğv olunmayıb. 

Qeyd edək ki, daha öncə 24 - 26 apreldə Bakıda keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Dünya Kuboku təxirə salınıb.