bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Rusiyalı futbolçuda koronavirus aşkarlanıb

22.05.2020 14:30 Oxundu 468


Rusiyanın “Ural” klubunun futbolçusunda koronavirus aşkarlanıb.

Cempion.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Pavel Poqrebnyakın koronavirus testi müsbət nəticələnib.

36 yaşlı futbolçunun həkim nəzarətində olduğu bildirilir.

Komandanın digər üzvlərinin nəticələri isə neqativ olub.

Qeyd edək ki, Rusiya millisinin sabiq üzvü olan Poqrebnyak cari mövsümdə keçirdiyi 12 oyunda 2 qolla yadda qalıb.