bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Aquero Avropa klublarının hədəfində

22.05.2020 15:00 Oxundu 551


Madrid "Real”ı və Milan "İnter”i "Mançester Siti”nin və Argentina millisinin hücumçusu Serxio Aqueronun transferi uğrunda mübarizə aparır.

Cempion.az Gazeta.ru nəşrinə istinadən xəbər verir ki, artıq klub təmsilçiləri futbolçunun agenti ilə ilkin danışıqlar aparıblar.

Lakin "Mançester Siti”nin hazırda futbolçunun satılmasına müsbət baxmadığı qeyd olunur.

Qeyd edək ki, S.Aquero bu mövsüm 22 qarşılaşmada 16 dəfə fərqlənib.