bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Poqba "Yuventus”un gündəmində

22.05.2020 15:37 Oxundu 436


İtaliyanın "Yuventus” futbol klubu İngiltərənin "Mançester Yunayted” komandasının yarımmüdafiəçisi Pol Poqbanı transfer etmək istəyir.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin transferi üçün danışıqlara başlayıb.

Xatırladaq ki, Poqba zədə səbəbindən bu mövsüm "Mançester Yunayted”də cəmi 8 matçda iştirak edib.