bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

La Liqanın bərpası gecikəcək

22.05.2020 16:00 Oxundu 465


La Liqanın başlama tarixində dəyişiklik olub. 

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, təlim protokolu çempionatın iyunun 12-də başlamasına mane olacaq. La Liqaya iyunun 19-dan start veriləcək. Klublar məşqlərə iyunun 1-dən sonra başlaya biləcəklər. La Liqa rəhbərliyi komandaların ən az iki həftə məşq etməsini istəyir. 

Qeyd edək ki, mövsümün qalan hissəsinin yeni təqvimi mayın 28-də klublara təqdim ediləcək.