cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

PSJ-nin yetirməsi vəfat edib

22.05.2020 17:30 Oxundu 448

PSJ-nin yetirməsi olan Cordan Diakise 24 yaşında vəfat edib.

Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, futbolçunun ölüm xəbərini formasını geyindiyi həvəskar klub "Furiani Alyani” açıqlayıb.

Fransa təmsilçisi Diakise ilə vida xəbərində onu hər zaman gülərüz və sevimli bir adam kimi xatırlayacaqlarını yazıb. Oyunçunun ölümünün komanda yoldaşları və klub işçilərinə ciddi təsir etdiyi vurğulanıb. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Cordan Diakise 2012-2015-ci illərdə PSJ-nin müxtəlif yaş qruplarında çıxış edib. Fransanın U-20 yığmasının sabiq üzvü İsveçrə və Xorvatiyada legioner həyatı da yaşayıb.