şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

AFFA-dan açıqılama

22.05.2020 18:00 Oxundu 798


Azərbaycan Premyer Liqası və Birinci Divizionla bağlı məsələyə növbəti həftələrdə baxılacaq.

Cempion.az xəbər verir ki, bu barədə AFFA rəsmi xəbər yayıb.

Bildirilib ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla hər iki çempionatın taleyi qarşıdakı günlərdə müzakirə olunacaq.

Həmçinin qeyd olunub ki, AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

Futzal üzrə Yüksək Liqa, Birinci Liqa, İkinci Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunacaq. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal federasiyası qərar qəbul edəcək.