cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

"Barselona" Andre ter Şteqenlə danşıqlar aparır

22.05.2020 18:30 Oxundu 425


"Barselona" qapıçısı cyeni müqavilə imzalamağa hazırlaşır.

Cempion.az "Sport" nəşrinə istinadən xəbər verir ki, almaniyalı əlcək sahibi katalonlarla razılığa gəlmək üzrədir.

Məlumata görə, 28 yaşlı futbolçu ilə 5 illik sözləşmə imzalanacaq.

Daha öncə ter-Şteqenin "Barsa"dan vergilər xaric illik 18 milyon avro maaş tələb etdiyi iddia edilirdi.

Qeyd edək ki, "Barselona" Almaniya millisinin üzvünü 2014-cü ildə Mönhenqladbax "Borussiya"sından 12 milyon avroya transfer etmişdi. Onun indiki müqaviləsi 2022-ci ilin yayında sona çatacaq.