cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Çempionlar Liqasında ən çox qol vuran futbolçular

23.05.2020 11:40 Oxundu 1016


UEFA Çempionlar Liqasında 23 yaşına qədər ən çox qol vuran futbolçular bəlli olub. 

Cempion.az "Give me Sport" nəşrinə istinadən xəbər verir ki, siyahının ilk pilləsində İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi qərarlaşıb. 

33 yaşlı argentinalı hücumçu 23 yaşına qədər qitənin bir nömrəli klub turnirində 25 dəfə fərqlənib. 

İkinci sırada 22 qolla İspaniya "Real Madrid"inin sabiq oyunçusu Raul Qonsales yer alıb. Fransa PSJ-sində çıxış edən və hazırda 22 yaşı olan Kilian Mbappe 19 qol vurmağı bacarıb. 

İlk "5-lik"də "Real Madrid"in hücumçusu Kərim Benzema (17 qol) və İtaliya "Yuventus"unun sabiq futbolçusu Alessandro Del Pyero (16 qol) da var. İtaliyanın "Milan", İngiltərənin "Çelsi" və Ukraynanın "Dinamo" (Kiyev) klublarının keçmiş hücumçusu Andrey Şevçenko da 16 qol vurub. 

7-ci yerdə 15 qolla "Barselona" və "Real Madrid"in sabiq futbolçusu Xavyer Saviola qərarlaşıb. "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi isə 9-cu ola bilib - 13 qol. 

Portuqaliya millisinin və İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu ilk "10-luğ"a düşməyib. O, 23 yaşına qədər Çempionlar Liqasında 8 dəfə fərqlənib. 

1. Lionel Messi - 25 qol ("Barselona", İspaniya)

2. Raul Qonsales - 22 qol 

3. Kilian Mbappe - 19 qol (PSJ, Fransa) 

4. Kərim Benzema - 17 qol ("Real Madrid", İspaniya) 

5. Alessandro Del Pyero - 16 qol 

6. Andrey Şevçenko - 16 qol

7. Xavyer Saviola - 15 qol

8. Qabriel Jesus - 13 qol ("Mançester Siti", İngiltərə) 

9. Ueyn Runi - 13 qol ("Mançester Yunayted"in sabiq futbolçusu

10. Sesk Fabreqas ("Monako", Fransa), Erlinq Holand ("Borussiya", Dortmund Almaniya), Patrik Klüvert - hamısı 10 qol