cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Gənc müdafiəçi italiyanların hədəfində

23.05.2020 13:30 Oxundu 412

İtaliyanın ''Sassuolo'' klubu yeni mövsüm üçün heyətini gücləndirmək istəyir.

Cempion.az xəbər verir ki, ''Sassuolo'' rəsmiləri artıq transfer çalışmalarına başlayıb.İtaliya klubu Fransanın ikinci liqində çıxış edən Ərsoya göz dikib.

Xəbərdə bildirilir ki, daha öncə ''Alanyaspor''dan Merih Dəmiralı transfer edən və qısa zamanda ''Yuventus''a göndərən ''Sassuolo'' klubu mövsüm sonunda Ərsoya təklif göndərəcək.

Qeyd edək ki, gənc müdafiəçi bu mövsüm Fransanın ''Havre'' klubu ilə 20 oyuna çıxıb.