cümə axşamı, 02 may 2024

DÜNYA FUTBOLU

“Barselona”nın satış planına daxil olmayan futbolçular - SİYAHI

23.05.2020 14:33 Oxundu 465


“Barselona” yay transferi pəncərəsi zamanı əksər futbolçularına gələcək təklifəri nəzərdən keçirməyə hazırdır.

Cempion.az “Marca” nəşrinə istinadən xəbər verir ki, yalnız 6 futbolçunun satılmayacağı qətiləşib. Bunlar Lionel Messi, Antuan Qrizmann, Frenki de Yonq, Mark-Andre ter Ştegen, Ansu Fati və Jerar Pikedir. Digər bütün futbolçular isə satıla biləcəklərindən xəbərdardırlar. Xüsusən onlardan hansısa Lautaro Martines (“İnter”) və ya Miralem Pyaniçlə (“Yuventus”) dəyişdirilə bilər.
 
Məlumata görə, “Barselona”lı Nelson Samedu “Mançester Siti”yə, Artur “Yuventus”a, Jan-Kler Todibo isə “Everton”a keçməyə yaxındır.