cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Vidal "Barselona"da qalmaq istəyir

23.05.2020 15:00 Oxundu 400

"Barselona"nın çilili ulduzu Arturo Vidal, sualları cavablandırdığı İnistaqram canlı yayımında klubda qalmaq istədiyini açıklayıb.

Cempion.az xəbər verir ki, adı "İnter" və Premyer Liqa klubu "Nyukasl Yunayted"lə çəkilən futbolçuya gələcək karyerası ilə bağlı verilən suala bu cür cavab verib: "Barselona"da çox xoşbəxtəm və rahatam. Karyeramı burda davam etdirmək istəyirəm. Buradakı klub üzüvləri və futbolçularla münasibətim çox yaxşıdır. Kataloniyada qalıb, özümü sübut etdirmək istəyirəm".