şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

PSJ-dən İkardi həmləsi

23.05.2020 16:30 Oxundu 422


PSJ "İnter"dən icarəyə götürdüyü Mauro İkardini transfer etməyə hazırdır.

Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi argentinalı hücumçunun keçidi üçün Milan klubuna 50+10 milyon avro təklif göndərəcək.

"İnter" 27 yaşlı hücumçunun təzminat qiymətini 70 milyon avro müəyyənləşdirib.

Qeyd edək ki, hücumçu Fransa çempionatında 20 oyunda 12 qol vurub, 2 assist edib. Onun "İnter"lə müqaviləsi 2022-ci ilin iyunun 30-dək nəzərdə tutulub.