
Almaniya Bundesliqasında 27-ci tura start verilib.
Cempion.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Herta” “Yunion”u qəbul edib. Meydan sahibləri bu görüşdə 4 cavabsız qola seviniblər.
Turnir cədvəlinin dəyişməz lideri “Bavariya” bu tur doğma meydanda “Ayntraxt”ı qəbul edib. Münhen təmsilçisi 7 qolun qeydə alındığı matçda darmadağına sevinib. Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı “Volfsburq”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə qonaqlar inamlı qələbə qazanıblar.
Almaniya Bundesliqası, 27-ci tur
22 may
''Herta'' – ''Yunion'' 4:0
Qol: İbişeviç, 51; Lukebakio, 52. Kunya 61. Boyata, 77.
23 may
''Frayburq'' – ''Verder'' 0:1
Qol: Bittenkur, 19.
''Borussiya'' M – ''Bayer'' 1:3
Qol: Turam, 52 – Haverts, 7; 58. Bender, 81.
''Paderborn'' – ''Hoffenhaym'' 1:1
Qol: Srbeni, 9 – Skov, 4.Srbeni, 9 – Skov, 4.
''Volfsburq'' – ''Borussiya'' D 0:2
Qol: Gerrero, 32. Hakimi, 78.
''Bavariya'' – ''Ayntraxt'' 5:2
Qol: Qoretska, 17. Müller, 41. Levandovski, 46. Deybis, 61. Hinteregger, 74-öz qapısına – Hinteregger, 52; 55.
24 may
15:30 ''Şalke'' – ''Auqsburq''
17:30 Maynts – ''Leyptsiq''
20:00 ''Köln'' – ''Fortuna'' D