bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Adama Traore "Liverpul"un hədəfində

24.05.2020 11:15 Oxundu 553


"Liverpul" "Vulverhempton"un ispaniyalı hücumçusu Adama Traorenin transferində maraqlıdır.

Cempion.az "The Sun"a istinadən xəbər verir ki, Traorenin keçidinə "Liverpul"un baş məşqçisi Yurgen Klopp maraq göstərir. Oyunçunun transfer məbləği 67 milyon avro qiymətləndirilir, ancaq "Vulverhempton" ispana görə daha çox pul almaq niyyətindədir.

Hücumçuya həmçinin "Mançester Yunayted" və "Mançester Siti" komandaları da iddialıdır.

Qeyd edək ki, daha əvvəl UEFA "böyük beşlik" ölkələrinin çempionatlarında, həmçinin öz bayrağı altında keçirilən yarışlarda ən çox məhsuldar ötürmə verən futbolçuların siyahısını açıqlayıb. Siyahıda Adama Traore də yer alıb.