bazar, 22 iyun 2025

DİGƏR NÖVLƏR

Tanınmış idmançı saxlanıldı

24.05.2020 16:04 Oxundu 518

Gürcüstanın ən məşhur idmançılarından biri olan Nikoloz Basilaşvili saxlanılıb.

Cempion.az "Sportall.ge” istinadən xəbər verir ki, tanınmış tennisçi keçmiş həyat yoldaşına qarşı fizki güc tətbiq etməkdə ittiham olunur.

N.Basilaşvili mayın 22-də saxlanılıb.

Yayılan məlumatlara əsasən, N.Basilaşvili və atası mayın 21-də tennisçinin keçmiş həyat yoldaşına zor tətbiq ediblər. İdmançının azyaşlı uşağı hadisənin şahidi olub.

Müstəntiq onun həbs olunmasını tələb edib.

Hazırda Tbilisi Şəhər Məhkəməsində tennisçi ilə bağlı işə baxılır.