bazar ertəsi, 30 mart 2026

DÜNYA FUTBOLU

PSJ-li futbolçu “İnter”in hədəfində

25.05.2020 10:38 Oxundu 502


İtaliyanın “İnter” klubu PSJ-dən Edinson Kavanini transfer etmək istəyir.

Cempion.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. “İnter”, uruqvaylı hücumçuya müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə təklif edib. Kavani “neradzurra”nın təklifini hələ cavablandırmayıb.

“İnter”in baş məşqçisi Antonio Konte 33 yaşlı hücumçunu komandasında görmək istəyir.

Kavaniylə “Atletiko” da yaxından maraqlanır.