25.05.2020 11:02
452


Belarus Kubokunun final görüşü reallaşıb.
Cempion.az xəbər verir ki, həlledici matçda BATE son çempionla - Brest "Dinamo"su ilə qarşılaşıb.
Minskdəki "Dinamo" stadionunda gerçəkləşən duelin nəticəsi 120 dəqiqəyə müəyyənləşib. Tərəflər əsas vaxtda qol vura bilməyib. Əlavə vaxtın birinci uzatma dəqiqəsində Zaxar Volkovun rəqibin qapı torrunu silkələməsi BATE-yə 1:0 hesablı qələbə gətirib.
BATE tarixində 4-cü dəfə Belarus Kubokunu başı üzərinə qaldıraraq yerli klublar arasında rekord müəyyənləşdirib. İndiyə qədər heç bir Belarus klubu bu turnirin baş mükafatına 4 dəfə sahib çıxmayıb.