25.05.2020 12:47
491


"Maynts" Bundesliqanın 27-ci turu çərçivəsində "Layptsiq"lə oynanılan matçdan 0:5 hesabı ilə məğlub ayrılıb. Rəqibin heyətində Timo Verner het-trik müəllifi olub.
Cempion.az xəbər verir ki, "Maynts"ın "Twitter" hesabı məğlubiyyətə yumorla reaksiya verib. Klubun "Liverpul"un baş məşqçisi Yürqen Kloppa müraciətində qeyd olunub: "Klopp, bəlkə, artıq Verneri transfer edəsən?"
Vernerin adı "Liverpul"la birlikdə hallanır. Alman futbolçu özü də "qırmızılar"ın formasını geyinməkdə maraqlıdı.
Verner Bundesliqanın birinci dövrəsində "Maynts"la oynanılan və "Layptsiq"in 8:0 hesablı qələbəsi ilə bitən görüşdə də het-trik etmişdi.
Qeyd edək ki, Klopp futbolçu karyerasının, demək olar ki, tamamını "Maynts"da keçirib. 2001-2008-ci illər aralığında isə o, "karnavalçılar"ın baş məşqçisi olub.