cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

"Sabah"dan açıqlama

25.05.2020 14:20 Oxundu 396


"Sabah" klubu mövsümün sonunda "Neftçi"dən ayrılacağı gözlənilən Soni Mustivarın mümkün transferi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Cempion.az xəbər verir ki, Masazır təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov verdiyi açıqlamasında haitili yarımmüdafiəçi ilə maraqlanmadıqlarını söyləyib.

Onun sözlərinə görə, Mustivarla bağlı xəbərlər həqiqəti əks etdirmir: "Sözügedən futbolçu ilə heç bir danışıq aparmamışıq".

Qeyd edək ki, Soni Mustivar 2018/2019 mövsümünün əvvəlində "Neftçi"yə keçib. Onun "ağ-qaralar"la müqaviləsi 2020-ci il iyunun 30-da başa çatacaq. ("Report")