cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Qarabağ" rekordçu,  "Neftçi" antirekordçu

25.05.2020 15:00 Oxundu 408


Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın 84 ölkəsinin milli çempionatında klublar və baş məşqçilərlə bağlı araşdırma aparıb.

Cemnpion.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 2015 - 2019-cu illəri əhatə edən araşdırmada bu müddət ərzində ən çox və ən az baş məşqçi dəyişikliyi edən klubların reytinqi açıqlanıb.

Siyahıdakı 766 komandadan yalnız 30-u son 5 ildə cəmi 1 mütəxəssisə güvənib ki, onların arasında "Qarabağ" da var. 48 yaşlı baş məşqçi rekordçular arasında oyun sayına görə 12-ci yerdə qərarlaşıb.

Azərbaycan klubları arasında ən yaxşı 2-ci göstərici "Qəbələ" və "Sumqayıt"a məxsusdur. Hər iki komanda qeyd olunan müddətdə 4 baş məşqçinin xidmətindən yararlanıb. 3-cü sırada "Keşlə" (6), 4-cü pillədə isə "Neftçi" (8) yer alıb.

Qeyd edək ki, 2015 - 2019-cu illər ərzində ən çox baş məşqçi dəyişikliyi edən komanda Boliviya təmsilçisi "Real Potosi"dir. Komandaya son 5 ildə ümumilikdə 20 mütəxəssis rəhbərlik edib.