cümə, 19 aprel 2024

DİGƏR NÖVLƏR

Avrokuboklarda mövsüm ləğv olundu

25.05.2020 18:00 Oxundu 404


Basketbol üzrə Avroliqa müntəzəm çempionatında cari mövsüm vaxtından əvvəl başa çatdırılıb.

Cempion.az xəbər verir ki, bu barədə "Sportando" basketbol portalının rəhbəri Emiliano Karçia özünün "Twitter" səhifəsində bildirib.

O, yazıb ki, bununla bağlı qərar Avroliqa Şurasının bugünkü iclasında qəbul olunub. Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi gözlənilir. 

Qeyd edək ki, Avroliqa müntəzəm çempionatı martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.