cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

İbrahimoviç zədələndi

25.05.2020 18:30 Oxundu 418


İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç məşqdə zədələnib. 

Cempion.az xəbər verir ki, 38 yaşlı hücumçu hazırlıq prosesinin sonlarında təkan vurduğu vaxt topuğunda ağrı hiss edib. Nəticədə o, dərhal meydanı tərk edib. 

İbrahimoviç bazadan sərbəst ayrılsa da, uzun müddətə sıradan çıxa bilər. Onun ilin əvvəlində aldığı zədəni yenilədiyi şübhələri var. Həmin xəsarət üzündən isveçli forvard bir neçə həftəni buraxmalı olmuşdu. 

İndi isə təcrübəli qolçunun axill vətərinə zərər yetirdiyi güman olunur. Dəqiq diaqnoz tibbi müayinədən sonra müəyyənləşəcək. 

Qeyd edək ki, Zlatan İbrahimoviç yanvarda "Milan"la sonradan 1 il uzadıla bilməsi şərti ilə 6 aylıq müqavilə bağlayıb.