cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

David Luisdən karyerası barədə açıqlama

25.05.2020 19:11 Oxundu 422


"Arsenal"ın müdafiəçisi David Luis karyerasını bitirmək istədiyi klubun adını açıqlayıb.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu karyerasına"Benfika" klubunda nöqtə istədiyini deyib:

"Futbolda hər şey tez dəyişir. Bu gün gerçək olan, sabah yalan olur. Ancaq mənim hisslərim dəyişmir. "Benfika"nı sevirəm. Bu klubun nə demək olduğunu hiss edirəm. Xəyalım "Estadio da Luş"a qayıtmaqdır".

Qeyd edək ki, 33 yaşlı futbolçu 2007-2011-ci illərdə Lissabon klubunda çıxış edib. O, "Benfika"da 130 oyunda 6 qol vurub, 9 assist edib. Luisin "Arsenal"la müqaviləsi 2021-ci ilin yayına qədərdir.