şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Sneyder "Qalatasaray”a qayıdır

25.05.2020 20:16 Oxundu 414


"Qalatasaray” futbol klubunun məşqçilər korpusunda yer alan Həsən Şaşın istefasından sonra Fatih Terim onu xarici məşqçi ilə əvəzləməyi düşünür.

Cempion.az "Hürriyet” qəzetinin verdiyi məlumatına görə, bu şəxs Niderland millisinin və "Qalatasaray”ın sabiq futbolçusu Uesli Sneyder olacaq.

Məlumat üçün qeyd edək ki, U.Sneyder 2013-2017-ci illərdə "Qalatasaray”da çıxış edib. Tanınmış yarımmüdafiəçi ötən il futbolçu karyerasını başa vurub.