bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

"Barselona"lı futbolçu Avropa klublarının hədəfində

26.05.2020 10:57 Oxundu 435

İngiltərənin "Everton" klubu "Barselona"nın gənc müdafiəçisi Jan-Klar-Todibonu heyətinə cəlb etmək istəyir.

Cempion.az "Sport" nəşrinə istinadən xəbər verir ki, yanvarda "Barsa"dan icarə əsasında "Şalke"yə gedən Todibo üçün "Everton" klubu İspaniya təmsilçisinə 24 milyon avro təklif edib.

Xəbərdə bildirilir ki, "Barselona" rəhbərliyi bu təklifi dəyərləndirmək üçün ingilislərdən 3 gün vaxt istəyiblər. 

Qeyd edək ki,  Todibo Fransanın "Tuluza" klubundan 18 milyon avroya kataloniya klubuna transfer olub.

Futbolçu ilə "İnter" və "Yuventus" klublarıda yaxından maraqlanır.