bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

Verner Avropa klublarının hədəfində

26.05.2020 11:20 Oxundu 475

Almaniyanın "Leyptsiq" klubunda forma geyinən Timo Verneri transfer etmək istəyən komandaların sayı artır.

Cempion.az "Sky İtaliya" nəşrinə istinadən xəbər verir ki, "Liverpul"un transfer etmək istədiyi hücumçunu "Yuventus" və "İnter" klublarıda gündəminə alıb.

Xəbərdə bildirilir ki, bu transfer üçün ən böyük rəqabət İtaliya klubları arasında gedir.

Futbolçunun özü isə "Liverpul"da oynamaq istədiyini açıqlayıb.

Qeyd edək ki, bu mövsüm Bundesliqada 27 oyuna çıxan Verner 24 qolla yadda qalıb.