26.05.2020 12:51
449

“Vulverhempton”un futbolçusu Raul Ximenes karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı hücumçu “Yuventus”a keçməyə hazırlaşır. Turin klubu “Vulverhempton” rəhbərliyi ilə Ximenesin keçidiylə bağlı ilkin razılıq əldə edib.
“Yuventus” Ximenesin qarşılığında Adrian Rabiotu da “Vulverhempton”a verə bilər. Transferin yayda rəsmiləşəcəyi bildirilir.
Qeyd edək ki, “Vulverhempton”la 2023-cü ilin yayına qədər müqaviləsi olan meksikalı hücumçu, bu mövsüm Premyer Liqada 29 matçda 13 qol vurub və 6 məhsuldar ötürmə edib.