bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

"Şalke"yə şok itki

26.05.2020 13:53 Oxundu 427

Almaniya Bundesliqasında "Şalke"nin şərəfini qoruyan Suat Serdar ciddi zədə alıb.

Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ''Auqsburq''la qarşılaşmanın 56-cı dəqiqəsində oyundan çıxan və yerini Ahmed Kutucuya verən Suatın mövsümü başa vurduğu bildirilir.

Xəbərdə bildirilir ki, sol dizindən ciddi zədə olduğu bildirilən 23 yaşındakı gənc oyunçu üçün son qərar həkimlərin müayinəsindən sonra açıqlanacaq.