26.05.2020 14:25
462

İngiltərənin "Mançester Yunayted” klubu futbolçusu Markos Roxonu satmağa hazırlaşır.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin məşqçilər korpusu argentinalı müdafiəçisi yeni mövsümdə komandada görmək istəmir.
Mançesterlilərin Roxo üçün 12 milyon funt sterlinq istəyir. Futbolçunun xidmətində vətənində iki klub – "Estudiantes” və "Boka Xuniors” maraqlıdır.
Qeyd edək ki, Markos cari mövsüm Premyer Liqada 2, Avropa Liqasında 4 matç keçirib.