cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Veteran futbolçu: "Azərbaycana getməli idim, ancaq ayağım sındı"
 

26.05.2020 14:52 Oxundu 393

"Azərbaycana getməli idim, ancaq ayağım sındı". 

Cempion.az xəbər verir ki, bu sözləri veteran rumın futbolçu Katalin Likouyu deyib.

"Moldfootball"a müsahibə verən 39 yaşlı sabiq hücumçu bildirib ki, karyerasını Azərbaycanda davam etdirmək variantı olub. O, 2009-cu ildə Qazaxıstanın "Vostok" klubunda çıxış edən zaman ölkəmizdən təklif alıb: "Ayağım sındığı üçün keçid baş tutmadı. Uzun müddət müalicə olunub, sağaldıqdan sonra orada həvəskar komanda olan "Tenerife" ilə məşq etdim. Başqa təkliflərim yox idi. Sonra zəng gəldi, Moldovanın "Olimpiya"sına dəvət etdilər. Mən də razılaşdım".

Qeyd edək ki, K.Likiouyu karyerasını 2014-cü ildə Kanada klubu "Kinqston"da olarkən bitirib.